Sərnişinlərlə dava edən sürücüyə töhmət verildi - VİDEO

Ötən gün paytaxtda “BakuBus” MMC-yə məxsus 125 nömrəli avtobusun sürücüsü ilə sərnişinlər arasında narazılıq yaranıb.
Avtosfer.az Baku.ws-ə istinadən xəbər verir ki, sənişinlə sürücü arasında mübahisə düşdükdən sonra sürücü avtobusu kənara çəkib. O, sərnişinlərə avtobusu tərk etməli olduqlarını bildirib və nəqliyyat vasitəsinin nasaz olduğunu deyib.
“BakuBus” MMC-dən cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı daxili araşdırma aparılıb: “BakuBus” MMC-nin istismarında olan 125 nömrəli marşrut xətti üzrə hərəkət edən 99JU719 dövlət qeydiyyat nömrəli avtobusda yaranan texniki nasazlıq nəticəsində xoşagəlməz hadisə baş verib.
Avtobusun sürətlər qutusunda nasazlıq baş verdiyindən sürücü avtobusu dayandırmaq məcburiyyətində qalıb və dərhal Monitorinq Mərkəzinə məlumat verib.
Lakin bu anda bəzi sərnişinlər avtobusun yoluna davam etməsini tələb edib, nəticədə sürücü ilə sərnişinlər arasında anlaşılmazlıq və konflikt yaranıb.
Videomüşahidələrdən məlum olub ki, sürücü sərnişinlərə qarşı kobud davranış nümayiş etdirib. Avtobusu idarə edən sürücü - Əliağayev Məmmədağa Balaağa oğluna nizam-intizam qaydalarına uyğun olaraq inzibati tənbeh verilib”.
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu












