Silahla hədə-qorxu gəlib pul aldı - FOTO

İsmayıllı şəhərindəki mağazalardan birinin kassasından soyğunçuluq yolu ilə 300 manat pulun talanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən “isti izlər”lə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş Ruslan Məmmədov tutularaq istintaqa təqdim olunub.
Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə onun yaşadığı evdə odlu silah gizlətdiyi də məlum olub. Həmin ünvana baxış keçirilərkən oradan lüləsi və qundağı kəsilmiş (“obrez”) tüfəng aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, R.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına və "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib













