Silsilə oğurluqlar edən və narkotik satan 7 nəfər tutulub - VİDEO

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı rayon ərazisində baş verən bir neçə oğurluq hadisəsini törədən və nakotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, tədbir zamanı əvvəlcə Səbail rayonunda avtomobillərdən, mağazalardan və digər iaşə obyektlərindən oğurluqlar edən Şəhrur Dadaşov, Taləttin Əhmədov, Elxan İsayev tanışı Kamal Quliyev və Rasim Abdurəhmanov saxlanılıblar. Bu şəxslərin Səbail rayonu və paytaxtın digər ərzilərində 5 obyektdən və avtomobildən oğurluq etdikləri müəyyən edilib. Saxlanılan şəxslərdən biri - Rasim Abdurəhmanov isə Səbal rayonunda dəyəri 2000 manat olan bir ədəd moped oğurladığı üçün saxlanılıb.
Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha iki nəfər tutularaq isitntaqa təqdim edilib. Bu şəxslərin üzərindən narkotik vasitə heroin aşkar olunub.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











