“Şimal axını”ndakı partlayışı ABŞ-ın kəşfiyyat təyyarəsi belə izləyib

ABŞ-ın kəşfiyyat təyyarələri “Şimal axını”nda partlayışın nəticələrini müşahidə edib.
Avtosfer.az xəbər verir ki, Amerikanın P-8A Poseidon kəşfiyyat təyyarəsi ötən ilin sentyabrında Baltik dənizində yerləşən “Şimal axını” qaz kəmərində baş vermiş partlayışın nəticələrini müşahidə edib. Bu barədə məlumat "Flightradar24" xidmətində yer alıb.
Kəşfiyyat təyyarəsinin hadisədən cəmi bir saat sonra partlayışın baş verdiyi əraziyə uçduğu dəqiqləşib.
“Atlantikadan gəldi, Danimarka üzərindən uçdu və Bornholm adasına yaxınlaşdı. Bundan sonra təyyarə Polşa üzərindəki hava məkanında KS-135R tanker təyyarəsindən yanacaq doldurub.
Daha sonra “kəşfiyyatçı” yenidən adaya qayıdıb və Avropa vaxtı ilə saat 04:45-də partlayış baş verən ərazi üzərində tam dövrə vurub. Eyni zamanda, təyyarə 7300 metr hündürlükdən 2200 metrə enib. Bundan sonra təyyarə qəza yerindən sağa dönərək transponderi söndürüb”, - deyə qeyd edilib.
Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenkonun sözlərinə görə, Amerika kəşfiyyat təyyarəsinin uçuşu bir müddət əvvəl Ağ Evin qaz kəmərlərində partlayışlarda əli olduğunu bildirən jurnalist Seymur Herşin versiyasını dolayısı ilə təsdiqləyir.
Publika.az
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO












