Şimali Kipr və Rusiya arasında birbaşa reys açılır

Şimali Kipr Türk Respublikası və Rusiya arasında birbaşa təyyarə reysləri gerçəkləşdiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə “CNN Türk” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ilk uçuşun Ercan hava limanının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı günündə - noyabrın 15-də həyata keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, sentyabrın 12-də Rusiya Prezidenti Vladimir Putin diplomat Murad Zyazikovu Cənubi Kiprə səfir təyin edib. Müsəlman inquş olan Zyazikovun təyinatı Kipr mətbuatında “Putinin Ərdoğana hədiyyəsi” kimi gündəmə gəlib.
Bundan başqa, sentyabrın 17-də isə ABŞ Dövlət Departamenti Cənubi Kiprə silah embarqosunun 2023-cü maliyyə ili üçün ləğv edildiyini açıqlayıb. ABŞ-ın bu qərarı rəsmi Ankarada etirazla qarşılanıb.
“Report”
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












