Şirvanda axtarışda olan şəxs və qardaşı tutulub - FOTO

Şirvanda axtarışda olan şəxs və qardaşı tutulub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-ü (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə; zor tətbiq etmə ilə törədildikdə) maddələri ilə axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Məlikov saxlanılıb.
Saxlanılan zaman həmin şəxsdən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Bundan əlavə, keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə M.Məlikovun qardaşı Zahir Məlikov da narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.
Bu zaman onun üzərində istehlak miqdarından artıq narkotik vasitə olan heroin götürülüb.
Faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR
Bakını bu küçəsində nəqliyyatın hərəkəti müvəqqəti MƏHDUDLAŞDIRILACAQ
Bakıda üç yol ötürücüsü müvəqqəti bağlanacaq - TARİX AÇIQLANDI
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Tanınmış aktrisa “Kontakt”dan şikayətləndi: "Ələ salındım" - VİDEO
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR KARVANI - VİDEO - YENİLƏNİB
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO










