Şirvanda kross və gimnastika yarışlarının qalibləri mükafatlandırılıb - FOTO

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə aprelin 11-də Şirvan şəhər Olimpiya İdman Kompleksində gənclər arasında "Sağlam bədəndə sağlam ruh" devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının bölgələr üzrə mərhələsinə start verilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyinin, Şirvan Şəhər Polis Şöbəsinin və Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər. Açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra isə şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlardan sonra yarışlara start verilib. 80 gənc yarışların proqramında müəyyən olunan marşrut üzrə 1000 metr məsafəyə kross qaçışı və gimnastika hərəkətləri ilə çıxış ediblər. Yarışların sonunda hər bir hərəkət üzrə I, II və III yerləri tutan idmançılar Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO















