Şirvanda mağazada ödəmə terminalından oğurluq edilib

Şirvanda oğurluq olub.
Avtosfer.az-ın məlumatına görə, oğurluq Şirvan şəhərində yeni qəsəbədə fəaliyyət göstərən mağazada qeydə alınıb. İlkin məlumata görə, mağazada olan terminalların pul saxlancı kəsilərək oğurlanıb. Eyni zamanda mağazanın müşahidə kamerasının yaddaş qurğusu da götürülüb. DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, bu gün səhər saatlarında Şirvan şəhəri ərazisində yerləşən mağazaların birində quraşdırılmış ödəmə terminalından oğurluq edilməsi ilə bağlı Şəhər Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar polis əməkdaşları hadisə yerində olublar və ilkin istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində müvafiq araşdırmalar aparılır, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












