Şirvanda narkotikə görə 33 nəfər tutulub

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin may-iyun ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq cinayətləri edən ümumilikdə 62 nəfər saxlanılıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin şəxslərdən 33-ü narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Qanunsuz dövriyyədən 5 kiloqramdan artıq heroin və metamfetamin, 5 kiloqram 410 qram marixuana, eləcə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri çıxarılıb.
Həmçinin, qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 14, evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 9, vətəndaşlara qarşı soyğunçuluq edən 3, qəsdən sağlamlığa zərər vuran 1 və xuliqanlıq edən 2 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.
Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












