Şirvanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan bir nəfərə qarşı soyğunçuluq edərək onun pulunu ələ keçirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalarla həmin şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Fərəcov olduğu müəyyən edilib.
Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs toy məclisindən çıxan zərərçəkənin içkili vəziyyətdə olmağından istifadə edərək ona qarşı soyğunçuluq edib və həmin ərazidən uzaqlaşıb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, V.Fərəcov barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












