Şirvanda yük qatarlarının hərəkəti bərpa olundu

Azərbaycan Dəmir Yolları (ADY) Şirvanda yük avtomobilinin dəmir yolu ötücüsünə ciddi zərər yetirməsi səbəbindən məhdudlaşdırılan hərəkəti bərpa edib.
Avtosfer.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Xatırladaq ki, 20 iyun axşam saatlarında Şirvanda "Mercedes" markalı 90-JT-063 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü dəmir yolu ötücüsünə yaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkəti davam etdirmiş, nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişərək dəmiryol infrastrukturuna ciddi zərər vurmuş və qeyd edilən ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılmışdı.
ADY tərəfindən hadisədən dərhal sonra qatarların hərəkətinin bərpası istiqamətində operativ tədbirlər görülüb, əlavə yol çəkilib.
Yük qatarlarının hərəkəti 22 iyun saat 11:30-dan etibarən bərpa olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












