Siyəzəndə narkotik satan qardaşlar tutulub

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Musa və Seymur Paşayev qardaşları saxlanılıblar. Həmin şəxslərdən narkotik vasitə olan marixuana, heroin, 1 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri İlham Dadaşov və Vaqif Əliyev saxlanılıblar. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə olan heroin, 30 ədəd metadon həbi və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində həbs qətimkan tədbiri seçilib.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












