Skuter sürənlərin NƏZƏRİNƏ! - 100 manat cərimələnə bilərsiniz

Bakıda skuterlərdən istifadə edənlərin sayı durmadan artır. Ekoloji təmiz nəqliyyat vasitəsinin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var.
Avtosfer.az xəbər verir ki, skuterlərin səkilərdə sürülməsi piyadalar, yollarda idarə edilməsi isə sürücülər tərəfindən birmənalı qarşılanmır.
Hər ii tərəf skuterlərin onların hərəkətinə mane olduğunu və təhlükəli halların yaşandığını iddia edir. Xarici ölkələrdə skuterlər nəqliyyat vasitəsi kimi qəbul edilir. Bu səbəbdən onların velosiped zolağı ilə hərəkət etməsi problem yaşanmasını qarşısını alır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, skuterlər mopedlərə oxşar xüsusiyyətlər olduğu üçün onların hərəkəti “Yol hərəkəti haqqında” qanunun 46-cı maddəsində nəzərdə tutulduğu kimi vəzifə və hüquqlara sahibdir: "Hər bir skuter idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə bu növ qeyri-mexaniki vasitələrini idarə edə bilərlər. Dəbilqədən istifadə etmədikdə 40 AZN, digər hallara görə 20-100 AZN məbləğində cərimələr müəyyən olunub".
baku.ws
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı











