Skuterlər üzrə referendum keçiriləcək

Fransanın paytaxtı Parisdə elektrikli skuterlərdən istifadənin davam edib-etməməsi ilə bağlı ictimai səsvermə keçiriləcək.
Avtosfer.az-ın məlumatına görə, Parisdə elektrikli skuterlərdən istifadənin davam edib-etməməsi ilə bağlı ictimai səsvermənin keçiriləcəyi açıqlanıb. Səsvermə aprelin 2-nə təyin edilib.
Paris meri Anne Hidalqo “Le Parisien” qəzetinə verdiyi açıqlamada qadağanın tərəfdarı olduğunu, lakin parislilərin istənilən qərarına hörmətlə yanaşacağını bildirib.
O, qadağa planının insanların sahib olduğu skuterləri hədəf almadığını da söyləyib və onların problem olmadığını əlavə edib:
"İcarə ilə istifadə olunan skuterlər yolumuzu kəsir və onlar təhlükəlidir. Vətəndaşlardan skuterlərlə bağlı çoxlu mənfi rəylər olub. Parisdə parklanma qadağalarına zidd olaraq elektriklə işləyən skuterlərin müxtəlif yerlərdə qaldığı, hətta bəzən şəhərin içindən keçən Sena çayına atıldığı bildirilib”.
Manset.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












