Şöbə müdirinin evinə xəstə adı ilə giriblər - Qətlin təfərrüatı

Dünən saat 21:45 radələrində Yevlax şəhəri, Əhmədağa Baxşıyev küçəsində rayon xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətlin tamah məqsədilə törədilməsinə əsaslı şübhələr üzə çıxıb. Belə ki, Bəyaz Cabbarovun evinə gələn şəxslər qonşu mənzilin müşahidə kamerasına düşüblər.
Kamera görüntülərindən 3 nəfər şəxsin xəstə adı ilə 65 yaşlı B.Cabbarovun evinə gəldiyi, qapının açılmasından sonra onlardan birinin çöldə qalaraq elektrik sayğacından evin işiğını kəsdiyi məlum olub. Xəstə adı ilə evə daxil olan şəxslərin isə həmin vaxt B.Cabbarova hücum edərək ona 20-yə yaxın bıçaq xəsarəti yetirdiyi və mənzildə axtarış apardığı bildirilib.
Hadisə zamanı mərhum həkimin gəlini və nəvələri də evdə olub, onların köməkliyi ilə B.Cabbarov xəstəxanaya aparılsa da, vəfat edib.
Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, 65 yaşlı B.Cabbarov 2017-ci ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












