“SOCAR Türkiyə” və Sabancı Universiteti hidrogen layihəsi hazırlayırlar

“SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” Sabancı Universiteti ilə əməkdaşlıq edərək bərpa olunan enerji üçün vacib olan hidrogen (H2) əsaslı texnologiyalara diqqət yetirir.
Şirkətdən verilən məlumata görə, “SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” və Sabancı Universitetinin layihə qrupları sudan yaşıl hidrogen istehsalı üçün tərkibində yeni nəsil katalizatorlar olan unikal elektrodlar hazırlamağı hədəfləyir.
Ötən ilin noyabr ayında Sabancı Universiteti ilə əməkdaşlığa başlayan “SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” “Bipolar Membranlı Elektrolizörler ile H2 Üretimi İçin Özgün Anot Geliştirilmesi” (Bipolyar membran elektrolizlərindən istifadə etməklə hidrogen istehsalı üçün unikal anodların hazırlanması) adlı elmi-tədqiqat layihəsinə start verib.
Bundan əlavə, layihə çərçivəsində elektrolizlərin maya dəyərinin aşağı salınması, səmərəliliyinin artırılması və istismar müddətinin artırılması nəzərdə tutulur.
Avropa İttifaqının 2050-ci ilə qədər xalis istixana qazı emissiyalarını sıfıra endirmək və onun karbon izlərini minimuma endirmək məqsədlərinə uyğun olaraq təmiz enerji istehsalı texnologiyalarına ehtiyac var.
Bu məqsədlə ən perspektivli yanacaq hidrogen (H2) hesab edilir. “SOCAR Türkiyə” və Sabancı Universiteti ilə əməkdaşlıq çərçivəsində başlanan tədqiqatlar bu sahəyə töhfə vermək məqsədi daşıyır. (oxu.az)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












