Son sutkada Azərbaycanda 6 nəfər koronavirusa yoluxdu

Xəbərlər 9 Mart 2023 18:15
Son sutkada Azərbaycanda 6 nəfər koronavirusa yoluxdu
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 6 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avtosfer.az-a verilən məlumata görə, sutka ərzində koronavirusdan ölən olmayıb.

COVID-19-a yoluxmuş 41 nəfər sağalıb.

İndiyədək ölkədə ümumilikdə 828 825 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 497 nəfər müalicə olunaraq sağalıb, hazırda 190 aktiv xəstə var. Bu günə qədər 10 138 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 583, bu günə qədər isə ümumilikdə 7 537 871 test icra olunub.

Oxunub : 938
ŞƏRH YAZ
Ad

E-mail

Şərh