Sonunda işıq görünməyən tunellərimiz... -VİDEO

Tunellərdə gündüz işıqlandırılmasının düzgün qurulmaması sürücülərə problem yaradır.
Avtosfer.az xəbər verir ki, səbəb uzun müddət güclü işığa məruz qalmış insan gözü tunelin içindəki zəif işığa dərhal adaptasiya oluna bilmir.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirir ki, paytaxt ərazisindəki bəzi tunellərdə də işıqlandırma ürəkaçan deyil.
Onun sözlərinə görə, bu səbəbdən də gündüz vaxtı, xüsusilə də günəşli havada tunellərə daxil olmaq təhlükə yaradır, qəzalara səbəb ola bilir.
Sürücülər də tunellərdəki gündüz işıqlandırılmasının təhlükəyə yol açdığını deyır.
Dünya təcrübəsinə əsasən bu təhlükənin olmaması üçün uzun tunellərdə işıqlandırma mərhələli olmalıdır ki, sürücünün gözü ani dəyişən işıqlandırma səviyyəsinə uyğunlaşa bilsin.
Nəqlıyyat üzrə Türkiyəlı ekspert Mustafa Ilıcalı da ilk bölgənin önəmli olduğunu deyir.
Son illər isə çöldəki işığın səviyyəsınə görə, girişdəkı işıqlandırmanı tənzımləyəcək ağıllı sistemlər və ya günəş işığına həm ən yaxın rəngdə, həm də səviyyədə olan xüsusi lampalar istifadə olunur.
“Xəzər Xəbər” məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinın mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayıb.”
Bildirilib ki, tunellərin işıqlandırılması tam olaraq normalara uyğundur. Yəni, tunelə girərkən qeyd etdiyimiz narahatlığı yaşayan sürücülərə tunelə çatmadan maşının işıqlarını yandırmaq və günəş eynəklərini çıxarmaq qalır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












