Sosial şəbəkələrdə yayılan video ilə bağlı - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılmış videosüjetlə bağlı açıqlama yayıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtossfer.az-a bildirilib ki, bəzi sosial şəbəkələrdə yayılmış videosüjetdə İmişli Rayon Polis Şöbəsinin fəaliyyətinə dair səsləndirilən iddialar əsassızdır və böhtan xarakteri daşıyır.
“Belə ki, İmişli rayon sakini Zakir Uğurluyev sentyabr ayının 3-də RPŞ-yə ərizə ilə müraciət edərək həmyerlisi Elməddin Əliyevin şantaj edərək ondan 8000 manat məbləğində pul tələb etməsi barədə məlumat verib.
Məlumatla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulan cinayətin əlamətlərinə dair kifayət qədər dəlillər olduğu müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayının 15-də E.Əliyev 6000 manat pulu Z.Uğurluyevdən alarkən polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib.
Araşdrımalar zamanı E.Əliyev İmişli rayonunun Otuziki kəndində yerləşən “Mal-qara” bazarında mobil telefon vasitəsi ilə çəkərək “Youtube” sosial şəbəkəsinə yerləşdirdiyi videogörüntüləri silmək üçün “Mal-qara” bazarının idarə heyətinin üzvü Z.Uğurluyevdən şantaj edərək 8000 manat tələb etdiyi məlum olub. Faktla bağlı E.Əliyevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub, barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib”, - deyə məlumatda vurğulanıb.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










