SpaceX-dən daha bahalı - Aviaşirkət bir adama 2 milyard dollara bilet almağı təklif etdi

Microsoft da daxil olmaqla bir çox Silikon Vadisi texnoloji şirkətlərində işləyən Developer Sean Walker, “American Airlines” proqramının ona 2 milyard dollardan çox dəyəri olan uçuş təklif etdiyini bildirib.
Avtosfer.az bildirir ki, Walker öz Twitter səhifəsində uçuşun qiyməti ilə bağlı iki variantı göstərən bir fotoşəkil paylaşıb. Biletin biri cəmi 639,31 dollara, digəri isə nə az, nə çox - 2,147,483,647 dollara. Zarafatla o, “American Airlines”ın belə böyük qiymət fərqinə görə SpaceX ilə ortaq olduğunu bildirib.
Adam əvvəlcə səhvin “American Airlines”ın qiymət alqoritmindəki nasazlıqla bağlı olduğunu zənn edib.
639 dollarlıq uçuş iki dayanacaqdan ibarət olub və 11 saat 23 dəqiqə davam edib, 2 milyard dollarlıq uçuş isə cəmi bir dayanacaqdan ibarət olub və cəmi 7 saat 42 dəqiqə davam edib.
"Əslində mən Floridada, Yupiterdə (Palm-Biçin bir az şimalında) yaşayıram. Ola bilsin ki, American Airlines mənim Yupiter planetinə uçmaq istədiyimi düşünüb"- deyə Walker növbəti dəfə zarafatla yazıb.
Tvitter istifadəçiləri də onun paylaşımını görüb, zarafat etmək qərarına gəliblər. Bəziləri, bəlkə də “American Airlines”in Walkerə öz təyyarəsini və ya hətta bütün aviaşirkəti almağı təklif etdiyini yazıb.
"Yəqin ki, əlavə pula dəyər" -deyə bir istifadəçi yazıb.
Qeyd edək ki, Walker son 30 ildə müxtəlif şirkətlər üçün proqram təminatı hazırlayıb. Uzun illər fəaliyyətinə görə o, Microsoft-dan “Ən dəyərli peşəkar” mükafatına layiq də görülüb.
Sfera.az
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












