Su anbarından balıq ovlayan şəxs saxlanıldı - FOTO

Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Mingəçevir Su Anbarının ərazisindən quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.
Monitorinq zamanı Mingəçevir Su Anbarının Xanabad körfəzi adlanan ərazisində qanunsuz olaraq balıq ovu məşğul olan Yevlax şəhər sakini Ceyhun Əzizov saxlanılıb və ovladığı 33 ədəd çox sıf balığı, ümumi uzunluğu 200 metr olan və istifadəsi qanunla qadağan edilmiş sintetik tor, 1 ədəd motorlu qayıq və 2 ədəd avar maddi sübut kimi götürülüb. Ümumilikdə təbiətə 1089 manat məbləğində ziyan vurmaqda şübhəli bilinən C. Əzizov barəsində araşdırmalar davam etdirilir.
“Su Nəqliyyatında Polis İdarəsindən balıq və digər ov sahələri ilə məşğul olan şəxslərin fəaliyyətlərini qanunla müəyyən edilmiş qaydada tənzimləməsi, təbiətə ziyan vurmaması xahiş olunur”, - məlumatda deyilir.

Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












