Su ehtiyatlarının proqnozlaşdırılması sistemi təkmilləşdirilir - FOTO

Su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks hidroloji və hidrogeoloji tədqiqat işlərinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Bildirilib ki, hidroloji məlumat bazasının yaradılması üzrə ilkin müəyyənləşdirmə işləri aparılıb. Bazada çaylar, göllər və su anbarları üzrə məlumatların daxil edilməsi və saxlanılması nəzərdə tutulub. Hidroloji məlumatlar Milli Hidrometeorologiya Xidmətinin istifadəsində olan və hazırda İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə təhvil-təslim prosesində olan məlumat bazasında toplanılıb.
Hidroloji illik məlumatların elektron formatları həmin bazadan ixrac olunaraq təhlil üçün hazırlanma prosesindədir. Məlumat bazası portal üzərindən formalaşdırılıb. Növbəti mərhələlərdə bu platforma ADSEA-nın mövcud və qurulması nəzərdə tutulan CİS əsaslı proqram təminatlarına inteqrasiya ediləcək. Kompleks hidroloji tədqiqatların aparılmasının təmin edilməsi üçün hidroloji rejim-müşahidə şəbəkəsi üzrə əvvəlki materialların təhlili əsasında təkliflər hazırlanıb.
Yeraltı, yerüstü su obyektlərinin ehtiyatlarının, kəhrizlərin yenidən qiymətləndirilməsi istiqamətində Dövlət Geoloji İnformasiya Fondundan əldə olunmuş fond materialları əsasında təhlillər aparılaraq layihə-smeta sənədləri tərtib edilib.
Xatırladaq ki, Prezidentin 2024-cü il 10 oktyabr tarixli sərəncamına uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın 2024-cü ilin 4-cü rübü də daxil olmaqla 2025-ci ilin 1-ci və 2-ci rübü üzrə icra vəziyyətinin monitorinqi barədə arayış hazırlayıb. Arayışda Milli Strategiyanın tələblərinə uyğun olaraq görülən və görüləcək işlər barədə bütün istiqamətlər üzrə səhih məlumatlar əksini tapıb. Bu kimi arayışlar növbəti rüblər üzrə də hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.




Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












