Şükürbəyli-Cəbrayıl-Hadrut və Füzuli-Hadrut yollarının əsas parametrləri açıqlanıb

Ümumi uzunluğu 37.7 kilometr olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8.2 kilometrlik hissəsinin açılışı həyata keçirildi. Yol birinci texniki dərəcəyə uyğun tikilib.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Regional və yerli yollar şöbəsinin rəisi İlham Süleymanov bildirib.
İlham Süleymanov deyib ki, dörd hərəkət zolağından ibarətdir: “Yolun 8.2 kilometrlik hissəsinin üzərində dörd avtobus dayanacağı, bir ədəd uzunluğu 79 metr olan körpü və 15 ədəd müxtəlif diametrli su ötürücü borular tikilib təhvil verilib. Yolda gördüyünüz kimi 8.2 kilometrlik hissədə son tamamlama işləri tərəfimizdən yekunlaşıb. Bundan başqa, səfər çərçivəsində bizim bir dənə də açılışını elədiyimiz Füzuli-Hadrut yolu oldu ki, onun da ümumi uzunluğu 10.2 kilometrdir. O yolda da bütün işlər yekunlaşıb. Həmin yol da birinci texniki dərəcəyə uyğun tikilib və yolun üzərində 18 paqon metr uzunluğunda körpü inşa edilib. Həmin yolun üzərində 8 ədəd müxtəlif diametrli su ötürücü boru, 7 heyvan keçidi də daxil olmaqla düzbucaqlı borular inşa edilib”. (apa)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












