Sülhməramlılar Qarabağda erməni aktyorun yüklərini daşıdı - FOTOLAR

Rusiya vətəndaşı olan erməni əsilli aktyor, ermənipərəst mövqeyi ilə seçilən TNT kanalında yayımlanan komediya filmlərində rol alan Ararat Keşyan Azərbaycanın suveren ərazisində həyata keçirilən qanunsuz fəaliyyətə “maddi yardım” ayırıb.
Avtosfer.az-ın “Oxu.az”a istinadən məlumatına görə, o, Azərbaycanın Ağdam rayonunun Ballıqaya kəndinin ərazisində uşaq bağçasının yenidən qurulmasının koordinatoru və təşəbbüskarı kimi çıxış edib.
Bu məqsədlə “Biz birik” adlı layihəsinin “könüllü”ləri Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin nəzarəti və köməyi ilə Ballıqaya kəndinə tikinti materialları daşıyıblar.
Bu zaman qanunsuz fəaliyyəti dayandırmalı olan Rusiya sülhməramlıları yenidən ermənilərə qarşı sevgilərini nümayiş etdiriblər. Təbii ki, sülhməramlılar qanunsuz fəaliyyətə əngəl olmaq əvəzinə növbəti dəfə öz dəstəklərini nümayiş etdiriblər. Belə ki, Ararat Keşyanın göndərdiyi “yardım”ın daşınmasında fəhlə rolunu sülhməramlılar oynayıblar.
“Sülhməramlı fəhlələr” öz işlərini o qədər şövqlə görüblər ki, hətta separatçılar tikinti materiallarını əlcəklə daşıdıqları bir vaxtda, onlar buna ehtiyac belə duymayıblar.


Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR












