Sumqayıt sakinlərinin NƏZƏRİNƏ - Avtobuslar...

Bakıda şəhərdaxili marşrut avtobuslarında artıq bir neçə ildir kart sistemi tətbiq olunur. Yəni sərnişinlər həm metroda, həm də avtobuslarda “Bakıkart”dan istifadə etməklə ödəniş həyata keçirə bilirlər.
2021-ci il sentyabr ayında isə Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrində gediş haqlarının kartla ödənilməsinə başlanılıb. Lakin kart sisitemindən istifadə uzun sürməyib, yenilik cəmi 54 gün davam edib. Heç iki ay keçməmiş sakinlərin narazılığı əsasında kart sistemi ləğv edilib. Buna səbəb isə 206 avtobusda quraşdırılan validatorların yararsız çıxması olub.
Yəni quraşdırılan validatorlar monitorda məlumatı düzgün göstərməyib, sərnişinin balansından bir gediş üçün dəfələrlə vəsait çıxıb. Həmçinin, aparatlarda donma da qeydə alınıb ki, bu da avtobusların işini ləngidib.
Uğursuz yenilikdən sonra şəhərin avtobusları yenidən köhnə üsula qayıdıb. Yəni 3 ildən çoxdur Sumqayıt sakinləri avtobuslarda ödənişi nağd şəkildə edir. Elə həmin ərəfədə bunun müvəqqəti olduğunu, “Sumqayıt Nəqliyyat” MMC-nin Türkiyədən yeni validatorlar sifariş etdiyi bildirilib. Lakin hələ də kart sisteminə keçid olunmayıb.
Bəs hazırda durum nə yerdədir? Sumqayıtda fəaliyyət göstərən şəhərdaxili avtobuslar nə zaman kart sisteminə keçəcək?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bizim.Media-ya bildirib ki, ölkə üzrə sərnişindaşımada nağdsız ödəniş sisteminin sürətləndirilməsi ilə bağlı tapşırıq verilib:
“Bu istiqamətdə iş aparılır. Sumqayıt şəhərində də bu məsələ prioritet hesab olunur”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












