Sumqayıtda ətraf mühiti çirkləndirən vəzifəli şəxslər cərimələnib - VİDEO

Sumqayıtda ətraf mühiti çirkləndirən vəzifəli şəxslər cərimələnib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmini məqsədilə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tədbir keçirilib. Tədbiri zamanı şəhərin “Yaşıl dərə” yaşayış massivində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları polis əməkdaşları tərəfindən aşkar olunub.
Həmçinin Samur-Abşeron su kanalını məişət tullantıları və çirkab suları ilə çirkləndirən şəxslər də inzibati məsuliyyətə cəlb ediliblər. Sumqayıt şəhərinin qeyd edilən ərazisində keçirilən tədbir zamanı ümumilikdə 15 fiziki və vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 271-ci ( sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 244-cü (torpaqların zibillənməsi və korlanması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 266.4-cü (tutumların (urnaların) yerləşdirilməsi zamanı məsafənin nəzərə alınmaması) maddələrinin tələblərinə uğun olaraq cərimə edilib.
Qeyd edək ki, sənaye və məişət tullantılarının qalaqlanması, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması hallarına qarşı polis əməkdaşları tərəfindən son günlər respublikanın hər bir bölgəsində bu cür tədbirlər keçirilir. Bildirmək istəyirik ki, bu iş mövsümi və kompaniya xarakteri daşımır. Sadalanan neqativ halların qarşının alınması və ölkəmizdə mövcüd olan ekoloji təhlükəsizlik mühitinin qorunması məqsədi ilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcəkdir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












