Sumqayıtda nəqliyyatın hərəkəti ilə bağlı sınaq özünü doğrultmadı

Sumqayıtda işıqforun iş qrafikindəki dəyişiklik pik saatlarda nəqliyyatın hərəkətini iflic edib.
Avtosfer.az xəbər verir ki, söhbət şəhərin Sülh küçəsindən gedir. Belə ki, Sülh küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində, “Yeddi göyərçin” abidəsinə çatana qədər yolda uzun tıxac yaranıb. Tıxacın yaranmasına səbəb isə ərazidəki yol ayrıclarında işıqforların işıqlarının intervalının artırılması olub.
Bundan əlavə, sözügedən istiqamətdə yolun sağ tərəfində avtomobillərin park edilməsi də yolda nəqliyyatın hərəkətini ləngidir. Bir müddətdir tətbiq edilən dəyişiklik artıq sürücülər arasında ciddi narazılığa səbəb olub.
Məsələ ilə bağlı Sumqayıt Dövlət Yol Polisindən bildirilib ki, sözügedən ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün yaşıl dalğa effekti yaradılmışdı:
“Həmin ərazidə hərəkətin fasiləsizliyini təmin etmək və sıxlığın qarşısını almaq məqsədilə işıqforlar arasında yaşıl dalğa yaradılması məqsədi ilə qısa müddətlik belə bir sınaq həyata keçirildi. Lakin sınaq zamanı bu hal özünü doğrultmadı. Həmin küçələrdə işıqforların iş prinsipi yenidən əvvəlki vəziyyətinə qaytarıldı”. (oxu.az)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












