Sumqayıtda Psixiatriya Xəstəxanasından 46 min manatlıq oğurluq olub - VİDEO

Sumqayıtda Psixiatriya Xəstəxanasından dəyəri 46 min manat olan kompüter avadanlıqları və tibbi ləzvazimatlar oğurlayan şəxslər saxlanılıblar.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Sumqayıt şəhərində yerləşən Psixiatriya Xəstəxanasından oğurluq edilib. Naməlum şəxs və ya şəxslər 15-16 may tarixləri arasında xəstəxananın pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəridən ümumi dəyəri 46 min manat olan kompüter avadanlıqları, yaddaş qurğuları, tibbi ləvazimatlar və digər elektron avadanlıqlar oğurlayıblar. Xəstəxanadan daxil olan məlumat əsasında dərhal Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisə yerinə baxış keçirilib müvafiq istinaq hərərkətləri icra edilib. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Ziyəddin Qəmbərov və Azər Qasımov qısa müddətdə saxlanılaraq istintaqa təqdim olunublar. Hər iki şəxs ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər. Qeyd edək ki, xəstəxanadan oğurlanan avadanlıqların bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işinin ibtidai istintaqına başlanılıb. Ziyəddin Qəmbərov və Azər Qasımov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, Sumqayıt Şəhər Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










