Sumqayıtda səki problemi: Sakinlər maşın yoluna çıxmağa məcburdurlar - FOTO

Sumqayıtın 9-cu mikrorayon, Sahib Qarayev küçəsində səki olmadığından, sakinlər maşın yolu ilə hərəkət etməyə məcbur olurlar.
Bu barədə oxu.az-a müraciət edən sakinlər məlumat veriblər. Onlar qeyd ediblər ki, küçənin böyük hissəsində səkinin olmaması təhlükəli anların yaşanmasına səbəb olur.
“Hərəkət iştirakçıları məcbur olub, yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulan hissəsi ilə hərəkət edirlər. Maşınlar park olunan yerlərdə isə piyada yolun ortası ilə getməli olur. Bu problem qəza ilə nəticələnə bilər.
Böyük supermarketdən başlayıb, Lüdviqshafen parkına və yas məclis evinə qədər uzanan ikinci dərəcəli küçə kəsə yol olduğundan gedişli-gəlişlidir. Ərazidə səkinin olmaması sakinlərin narahatlığına gətirib çıxarır.
Onu da qeyd etmək lazımdır ki, səkinin olmaması problemi Sumqayıtın başqa ərazilərində də var. Aidiyyəti qurumlar küçələrdəki bu çatışmazlıqları nəzərə alsalar, piyadaların təhlükəsizliyi təmin olunar”.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, son illərdə Sumqayıt şəhərində avtomobil yolları ilə yanaşı səkilərin də təmir olunması istiqamətində genişmiqyaslı işlər görülüb:
“Mərhələli şəkildə şəhər ərazisindəki bütün səkilərin təmir olunması, səki olmayan ərazilərdə də yeni səkilərin salınması nəzərdə tutulub. Qeyd olunan ərazidə də tədbirlər görüləcək”.
Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Ceyhun Məmmədov isə Oxu.Az-a açıqlamasında səkisiz küçənin məhəlləarası yol olduğunu vurğulayıb:
“Səki küçənin müəyyən bir hissəsində yoxdur. Çünki həmin hissə, demək olar ki, iki binanın arasıdır, yolun eni əvvəlki dövrlərdə qurulan infrastruktura əsasən daha azdır. Həmçinin orada maşınların hərəkəti aktiv deyil, demək olar, ancaq bina sakinlərinin avtomobilləri hərəkət edir. Həmin ərazidə piyadalar üçün təhlükənin mövcudluğu haqqında bizə hər hansı müraciət daxil olmayıb. İstənilən halda, ərazidə yol infrastrukturunun yaxşılaşdırılması üçün addımlar atılacaq”.
Sakinlərin redaksiyamıza göndərdiyi fotoları təqdim edirik:
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu










