Banner

Sumqayıtda şirkətdən yük maşınlarının hissələri oğurlanıb

Xəbərlər 10 Aprel 2023 14:09 Oxunub 1196
Sumqayıtda şirkətdən yük maşınlarının hissələri oğurlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinə məxsus “Mercedes” markalı 7 yük avtomobilinin hissələrinin sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakinləri Murad Məhərərmov və Natiq Qarazadə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh