Sünnət zamanı 8 yaşlı oğlanın cinsiyyət orqanı zədələnib - VİDEO

Azərbaycanda sünnət olunan 8 yaşlı uşağın həkim səhvinin qurbanı olduğu iddia edilir.
Uşağın atası Çingiz Seyidli bildirib ki, sünnət edən həkim Fuad Nəzərov dərini artıq kəsib və orqanın kanalını yandırıb.
Ata qeyd edib ki, Fuad həkim öz səhvini düzəltmək üçün onu başqa həkimlərə yönləndirib: “Rafael Soltanov həkim olaraq əlindən gələni edib. Sidiyə getmə zamanı qanaxmanın qarşısı alınsa da, Fuad həkimin səhvini düzətmək mümkün olmayıb. Fuad Nəzərov uşağın cinsiyyət orqanını yandırdığına görə Rafael həkimin uşağın dodağından kəsib cinsi orqana tikdiyi dəri tam tutmayıb”.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, qurumun nəzdində müvafiq tibbi komissiyalar yaradılıb. Tibbi və məhkəmə ekspertizaları nəticəsində həkim səhvi, tibbi səhv sübuta yetirilərsə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət təyin olunur.
Ailə də həkim səhvinə görə Fuad Nəzərov barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.
Həkim Fuad Nəzərov isə Sonxəbər.az-a bildirib ki, atanın iddiaları əsassızdır: “Uşaqda psixoloji və uroloji problemlər olub. Hazırkı problem sünnət əməliyyatı ilə əlaqəli deyil”.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












