Suraxanıda 49 nəfər narkotikə görə saxlanıldı - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis orqanlarının əməkdaşları tərəfindən son günlərdə Hövsan, Yeni Günəşli, Qaraçuxur, Bülbülə, Əmircan qəsəbələri və digər ərazilərdə keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 9 nəfər - Vüsal Məhərrəmov, Əfqan Qədimov, Nazim Əsgərov, Polad Cəfərov, Elşən İsrafilov, Şahin Mustafayev, Zahid Məmmədov, Sergey Pimenov və Elman Nəzərov saxlanılıblar.
DİN-dən Avtosfer.az-a verilən xəbərə görə, həmin şəxslərdən ümumilikdə 8 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib.
Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Qeyd edək ki, Suraxanı rayonunda cari ilin may ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 45 nəfər saxlanılıb. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Qeyd edilən dövr ərzində Suraxanı rayonunda üzərində qanunsuz olaraq silah saxlayan daha 4 nəfər də tutularaq məsuliyyətə cəlb edilib. Onlardan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd tapança, 1 ədəd “TOZ” markalı müvafiq sənədləri olmayan tüfəng və 12 ədəd patron aşkar edilib.
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










