Suraxanıda avtomobildən 6 ədəd “İphone” oğurlayan şəxs tutulub - VİDEO

Suraxanı rayonunda kuryerin avtomobilinin şüşəsini sındıraraq 6 ədəd son model “İphone” markalı mobil telefon oğurlayan şəxs saxlanılıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində vətəndaşlardan birinin avtomobilinin şüşəsi sındırılaraq nəqliyyat vasitəsinin salonundan 6 ədəd son model “İphone” markalı mobil telefon oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən Ozal Orduxanlı saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, bu şəxs mobil telefonları almaq adı ilə onlayn yolla mağazalardan birinə sifariş verib. Telefonları gətirən kuryer onunla əlaqə saxlayan zaman Ozal Orduxanlı telefonların pulunu vermək adı ilə onu Qaraçuxur qəsəbəsində özünün yaşamadığı evlərdən birinə dəvət edib. Kuryer yuxarı mərtəbədəki mənzilə qalxan zaman kənarda pusquda dayanan Ozal Orduxanlı nəqliyyat vasitəsinin şüşəsini sındıraraq oğurluq edib. Faktla bağlı arşadırmalar davam etdirilir. Ozal Orduxanlının paytaxt ərazisində analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB










