Sürücülərin NƏZƏRİNƏ: Ulduz dairəsi ləğv edildi - FOTO

Bakıda Müzəffər Nərimanov və Volodarski küçələrinin kəsişməsində (Ulduz dairəsi) yol hərəkətinin təşkilində dəyişiklik həyata keçirilib.
Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, hərəkəti buraxma qabiliyyətinin artırılması məqsədilə kəsişmədə dairəvi hərəkət ləğv olunub, svetofor obyektləri vasitəsilə nizamlanan yolayrıcı təşkil edilib. Həyata keçirilən dəyişiklikdən sonra tunel istiqamətindən gələrək Heydər Əliyev prospekti və Ulduz metro stansiyası istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri kəsişmədən sağa, Volodarski küçəsinə dönərək yeni inşa olunan geriyə dönmə yerinə yönəlməlidirlər.
Ziya Bünyadov prospekti istiqamətindən gələn nəqliyyat vasitələri isə Xəlili Rza Ulutürk küçəsinə daxil olmaq üçün tunelin üzərindəki geriyə dönmə yerindən istifadə edə bilərlər. Layihə çərçivəsində bütün istiqamətlər üzrə nizamlanan eyni səviyyəli piyada keçidləri də təşkil edilib ki, nəticədə piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb.
Qeyd edilənləri nəzərə alaraq, hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına və yeni təşkil edilmiş yol nişanlarının, nişanlanma xətlərinin tələblərinə riayət etmələri xahiş olunur.
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
















