Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilanda beş avtomat meteoroloji stansiya quraşdırılır

“Hazırda Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında 5 avtomat meteoroloji stansiya quraşdırılır”.
Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”na həsr olunmuş konfransda “Böyük Qayıdışın ekoloji aspektləri” mövzusunda çıxışı zamanı bildirib.
Nazir xatırladıb ki, Ermənistanla sərhəd ərazilərdə radiasiya fonunun nəzarətdə saxlanılması məqsədilə Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında avtomat radioekoloji stansiyalar qurulub.
Onun sözlərinə görə, həmin stansiyalardan məlumatlar real vaxt rejimində bu yaxınlarda istifadəyə verilmiş müasir Situasiya Mərkəzinə ötürülərək təhlil olunur.
M.Babayev bildirib ki, Qarabağda tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurularaq modernləşdirilir: “Əsas çaylar üzərində 11 ədəd avtomat hidroloji stansiya, həmçinin Zəngilan rayonundakı “Ağıllı kənd” ərazisində avtomat aqrometeoroloji stansiya quraşdırılıb”.(oxu.az)
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












