Taekvondo üzrə Dünya Çempionatı çərçivəsində master klass keçirilib

Bakıda baş tutacaq Taekvondo üzrə Dünya Çempionatı çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında master klass təşkil olunub.
Master klass zamanı ikiqat Avropa çempionu, əməkdar idman ustası İlkin Şahbazov 100-ə qədər idmançıya taekvondo təlimi keçib. Beş hissədən ibarət tədbirin ilk hissəsində ümumi komanda ilə birgə baza hərəkətləri edilib. II hissədə qızların xəyali döyüş səhnəsi canlandırılıb. Növbəti hissədə uşaq və yeniyetmə taekvondoçuların iştirakı ilə döyüş hərəkətləri ilə bağlı məşqlərə üstünlük verilib. Son iki hissə böyüklərin xəyali səhnəsi olan pumseyə və komandanın döyüşlərinə həsr olunub.
Tədbirdə, həmçinin Vətən müharibəsində iştirak etmiş taekvondoçulara Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.
Xatırladaq ki, 29 may - 4 iyunda Bakıda Taekvondo üzrə 26-cı Dünya Çempionatı keçiriləcək. Beynəlxalq əhəmiyyətli idman tədbiri, Dünya Taekvondo Federasiyasının 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf edir. Yarışla əlaqədar paytaxtımıza 3 minədək qonağın
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












