Taksi qiymətləri: bizdə və digər ölkələrdə - Harada daha ucuzdur?

Azərbaycanda taksi qiymətlərinin artacağı barədə xəbər ictimaiyyət arasında geniş rezonans doğurub. Sosial şəbəkələrdə açılan müzakirələrdə hazırda taksilərdə gediş haqqının insanların cibinə uyğun olduğunu deyən bir çox vətəndaşlar bahalaşmaya etirazlarını bildirirlər.
Məlumat üçün qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik layihəsi bu yaxınlarda Milli Məclisdə müzakirəyə çıxarılıb. Sözügedən layihə birmənalı qarşılanmayıb. Hətta parlament üzvləri də təklif və şikayətlərini dilə gətiriblər.
Bəzi deputatların narazılığa cavab olaraq, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev parlament tribunasında çıxış edərək, dəyişikliyin səbəbini izah edib. O, ölkəmizdə taksi qiymətlərinin çox ucuz olduğunu bildirib.
"Taksi sahəsində yeni qanunun tənzimlənməsindən sonra qiymətlər qalxacaq. Dünyanın heç bir yerində bu qədər taksi xidməti yoxdur. Ona görə də artım gözlənilir. Bizim hazırda əsas məqsədimiz sərnişinlərin A nöqtəsindən B nöqtəsinə rahat və təhlükəsiz çatdırılmasıdır", - deyə nazir vurğulayıb.
Rəşad Nəbiyev taksilərin sayının azaldılması məsələsinə də aydınlıq gətirib:
“Bizim əsas məqsədimiz taksilərin sayının deyil, taksi gedişlərinin azaldılmasıdır. Bizdə olan statistikaya görə, ümumi taksi gedişlərində həcm 1,5-3 km ətrafındadır. Bunu ya ictimai nəqliyyatla, ya da piyada getmək olar”.
Bəs digər ölkələrdə taksi qiymətləri necədir?
Modern.az-ın apardığı araşdırma göstərir ki, dünyada ən ucuz taksi xidməti Azərbaycanda deyil.
Statistikaya əsasən, dünyada 1 kilometrə görə taksi xidmətlərinin ən aşağı qiyməti Hindistanda qeydə alınıb. Belə ki, Hindistan vətəndaşları 1 kilometr gediş üçün 0.24 dollar ödəyir.
Qonşu ölkələrə gəlincə, Ermənistanda taksi qiyməti 1 kilometrə görə təxminən 0.26 dollar təşkil edir. İranda bu məbləğ 0.35, Rusiyada 0.36, Türkiyədə 0.42 dollardır. Gürcüstanda isə gediş haqqının bir kilometr üzrə 0.40 dollar olduğu bildirilir.
Azərbaycan dünya ölkələri arasında ucuz taksi xidmətinə görə 20-ci yerdə qərarlaşıb. Rəsmi statistikaya əsasən, Azərbaycanda taksi ilə 1 kilometrlik gediş ortalama 0.59 dollara başa gəlir.
Dünyanın ən bahalı taksi xidmətləri isə İsveçrə (4.36 $), Lüksemburq (3.28 $), Kuveyt (3.26 $) və Yaponiyada (2.90 $) müəyyən edilib.
Bundan əlavə, Özbəkistan və Filippində taksi ilə gediş 0.27, Moldovada 0.28, Ukraynada isə 0.30 dollardır.
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu










