Taksi şirkətləri vətəndaşlarımızın hüquqlarını kobud şəkildə pozur — Ekspert

Xəbərlər 1 İyun 2023 13:09 Oxunub 398
Taksi şirkətləri vətəndaşlarımızın hüquqlarını kobud şəkildə pozur — Ekspert
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyevin müsahibəsilə mən də tanış oldum. Düşünürəm ki, bu müsahibədə nazirin səsləndirdiyi müəyyən fikirlər, iradlar, hətta təkliflər də cəmiyyətin fikirləri ilə üst-üstə düşür. Əsas məqam odur ki, taksi xidmətində bu gün sərnişinlərin keyfiyyətsiz xidmətlə bağlı şikayətləri və sərnişinlərin təhlükəsiz hərəkət etmək imkanları araşdırılıb. Əlbəttə ki, bu iki istiqamətdə də işlər aparılacaq".

Bu fikirləri Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. 

Ekspert bildirib ki, problemlər yalnız taksi xidmətində keyfiyyət və təhlükəsizliklə bağlı deyil:

"Taksi sürücüləri və taksi şirkətləri arasında da problemlər mövcuddur. "Bolt" və "Uber" taksi şirkətləri bizim vətəndaşlarımız olan taksi sürücülərinin hüquqlarını kobud şəkildə pozurlar. Daha dəqiq desək, taksi sürücülərinin əməyini istismar edirlər. Onları sutka ərzində 14-15 saat işləməyə sövq edirlər. Hətta deyərdim ki, müəyyən şirnikləndirici kampaniya aksiyalarına məcbur edirlər və taksi sürücüsünün halal qazandığı qeyri-nağd ödəmələri taksi sürücüsünün hesabına köçürmürlər. Lakin bunlar həll edilməyən məsələlər deyil. Mərhələ ilə bu problemlər də həll edilə bilər. 

Düşünürəm ki, ilk növbədə burada taksi fəaliyyəti ilə məşğul olan şirkətlər, həmçinin fərdi qaydada məşğul olan bizim hörmətli vətəndaşlarımız 3 sadə şərtə əməl etsələr, azda olsa keyfiyyətin yüksəldilməsinə, bu sahədə bir qədər qayda-qanun yaradılmasına nail ola bilərlər. Bunlardan biri odur ki, əgər siz avtomobilinizi taksi fəaliyyətində istismar edirsinizsə, mütləq qaydada həmin avtomobilin damında sarı rəngli taksi fənəri olmalıdır. Yəni şəhərdə hərəkət edən avtomobillər arasında bilinməlidir ki, taksi hansıdır. 

İkinci məsələ yaşınız 21-dən azdırsa və sürücülük təcrübəniz 2 ildən azdırsa, taksi fəaliyyəti ilə məşğul olmaq sizə qadağandır. Bu 3 şərtə vətəndaşlar əməl etsələr, düşünürəm ki, dövlətin də dəstəyilə bu sahədə biz çox irəli gedə bilərik".
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh