Taksi sürücüsünə qarşı hədə-qorxu gəlinərək telefonu və pulu ələ keçirilib

Bakıda taksi sürücüsünə qarşı hədə-qorxu gəlinərək telefonu və pulu ələ keçirilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 27-də Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü İlyasov Elmir Saday oğlu polisə müraciət edərək saat 02 radələrində idarə etdiyi "Xəzər" markalı maşınla taksi fəaliyyəti ilə məşğul olan zaman "Uber" taksi şirkətinə daxil olmuş sifarişə əsasən, Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 9 ünvanına gətirdiyi tanımadığı şəxsin qeyd olunan ünvana gəldikdə onu döyərək dəyəri 1400 manat olan "Honor" markalı mobil telefonu və 65 manat pulunu alaraq hadisə yerindən uzaqlaşmasını bildirib.
Hadisə ilə bağlı E.İlyasov polis bölməsinə dəvət edilib, ərizə və izahatı alınarkən
döyülmədiyini, bədəni üzərində hər hansı bir xəsarət və xəsarət izi olmadığını, lakin həmin şəxsin ona hədə-qorxu gələrək mobil telefonunu və 65 manat pulunu götürüb getməsini deyib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Report
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











