Taksi xidmətində artan rüsumlar – “Sürücülərə də dəstək göstərilməlidir” - Açıqlama

“Ölkədə təxmini 67 min nəfər taksi fəaliyyəti ilə məşğuldur”.
Bu sözləri taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumlarının mümkün təsirlərini dəyərləndirən nəqliyyat eksperti Elməddin Muradlı İqtisadiyyat.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, taksi fəaliyyəti ilə bağlı ciddi qərarlar verərkən sürücülərin sosial vəziyyəti də nəzərə alınmalıdır:
"Dəyişikliyə əsasən, taksi fəaliyyyəti üçün icazə sənədi 7 il müddətinə verilir. Hər bir sürücü illik 125 manat ödəməklə, icazə almalıdır. Əlavə olaraq, hər ay fərqlənmə nişanı üçün 18 manat ödəniş olunmalıdır. Yeni qərarla sürücülərin əlavə xərcləri artır. Yaxın gələcəkdə tibbi arayış, sağlamlıq haqqında arayış, təlimə cəlb olunmaq və s. kimi məsələlər də nəzərdən keçiriləcək. Bir sözlə, taksi fəaliyyəti ilə bağlı ciddi addımlar atılır. Lakin taksi sürücülərinin sosial təminatını unutmaq olmaz. Sürücülər də bu ölkənin vətəndaşlarıdır və dövlətə yük olmurlar. Ona görə də dəyişikliklər fonunda sürücülərə də dəstək göstərilməlidir”.

Qanunsuz taksi fəaliyyətinə də toxunan ekspertə görə, bu sahədə ciddi problem var:
“Bu gün ölkədə təxmini 67 min nəfər taksi fəaliyyəti ilə məşğuldur. Bu şəxslərdən 1950-2000 nəfərə yaxını fərqlənmə nişanı alıb. Digərləri qanunsuz şəkildə fəaliyyət göstərir. Əslində ölkəmizdə bu qədər taksiyə ehtiyac yoxdur. Real taksi xidməti göstərən sürücülər saxlanılmalıdır. Neqativ zərərlərinə görə taksi fəaliyyəti ilə məşğul olaraq günə 5-10 manat qazananlara qarşı mübarizə aparılmalıdır. Ümid edirəm ki, nəzərdə tutulan dəyişiklik taksi sahəsindəki problemlərin qarşısını ala biləcək. Sadəcə bu proses ağrılı olacaq. Çünki məsələ sosialyönümlüdür və həssaslıq yüksəkdir”.
Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərə əsasən taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 125 manat, hər bir nəqliyyat vasitəsinə buraxılış kartının verilməsi üçün 25 manat, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün isə 3000 manat dövlət rüsumu ödəmək tələb olunur.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












