Talış kəndi istiqamətində avtobus marşrutu fəaliyyətə başladı

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin əsas məqamlarından biri də Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə öz doğma torpaqlarında yenidən məskunlaşmasının ən qısa zamanda təmin edilməsidir.
Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində Tərtər rayonunun Talış kəndində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatlarını ödəmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobus marşrutunun açılması ilə bağlı araşdırma aparılıb və marşrutun mövcud vəziyyətdə fəaliyyətə başlaması imkanları təhlil edilib. Kəndə avtobus marşrutunun açılması qərara alınıb.
İlk mərhələdə marşrut “Şıxarx” qaçqın şəhərciyindən başlamaqla Talış kəndi istiqamətində Tərtər şəhərinin mərkəzi bazarı, Avtovağzal, Seydimli, Çaylı və Suqovuşan kəndləri aralıq dayanacaqlarından keçməklə təşkil olunub. Hazırda sərnişinlərə bir kiçik tutumlu nəqliyyat vasitəsilə xidmət göstərilir və gün ərzində 2 reys həyata keçirilir.
Rayon mərkəzindən 29 km məsafədə, dağlıq ərazidə yerləşən Talış kəndində hazırda 20 ailə olmaqla 90 nəfər məskunlaşıb. Növbəti mərhələdə kəndə 158 ailənin köçürülməsi nəzərdə tutulub.
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama











