“Taxıl dəhlizi” ilə daşınan yüklərin həcmi açıqlandı

“Taxıl dəhlizi” çərçivəsində avqust ayından bu yana Ukrayna limanlarından 585 gəmi yola düşüb.
Avtosfer.az xəbər verir ki, bu haqda Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu açıqlama yayıb.
Karaismailoğlu, “Bu günə qədər daşınan yüklərin ümumi həcmi 15 milyon 80 min tonu keçib. Türkiyə limanlarına gələn gəmilərin daşıdığı ümumi yük 2 milyon 247 min 564 ton olub”, - deyə bildirib.
Ukrayna-Rusiya müharibəsindən sonra taxıl böhranı yaşandığını xatırladan Karaismailoğlu, dünyanın ən mühüm taxıl mərkəzlərindən biri olan Ukraynadan taxıl daşımalarının dayandığını bildirib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə sıx diplomatik fəaliyyətin aparıldığını və bunun nəticəsində yenidən taxıl daşımalarına başlanıldığını ifadə edib. (“Qafqazinfo”)
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












