Tbilisi-Ankara birbaşa uçuşları oktyabrdan bərpa olunur

Gürcüstan və Türkiyə paytaxtları arasında birbaşa aviareyslər oktyabr ayından bərpa olunacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyədə Gürcüstanın səfiri Arçil Kalandia bildirib. Səfir qeyd edib ki, son aylarda bu məsələ ətrafında Türkiyə tərəfi ilə fəal iş aparılıb və Gürcüstan Prezidentinin Ankaraya rəsmi səfəri zamanı problem həll olunub. “Ötən il Türkiyədən Gürcüstana 1 milyon 300 mindən çox ziyarətçi gəlib. Birbaşa uçuşlar həm işgüzar əlaqələrin aktivləşməsinə, həm də gürcü turistlərin Ankara və ətraf rayonlara çıxışını asanlaşdıracaq. Eyni zamanda, tibbi turizmin inkişafına da töhfə verəcək”, – deyə Kalandia bildirib. Bərpa ediləcək reyslər Tbilisi və Ankara arasında müntəzəm olacaq və turizm sektoruna əlavə stimul verəcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












