Tədbir görülməsə, bu yolda ÖLÜM HALLARI ola bilər... - VİDEO

Respublikanın bəzi yolları var ki, orada hərəkət eləmək sürücülər üçün təhlükəlidir.
Xezerxeber.az xəbər verir ki, istənilən vaxt qaya parçaları yola düşüb hər hansı hadisəyə səbəb ola bilər.
Belə yollardan biri İsmayıllı -Lahıc yoludur. Bir -neçə gün əvvəl yağışlar səbəbindən həmin yola qaya parçaları tökülərək hərəkəti bağlamışdı.
Yaxınlıqda yaşayan vətəndaşlar deyir ki, buna qarşı tədbir görülməsə ölüm halları ola bilər. Hansı ki, bənzər hadisələr əvəllər də dəfələrlə yaşanıb.
Ötən gün axşam saatlarında isə Quba-Xınalıq avtomobil yolu bağlanıb. Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, güclü yağış nəticəsində yaranmış sel suları Quba-Xınalıq avtomobil yolunun bəzi hissələrini yararsız hala salıb, yol infrastrukturuna və qurğularına ciddi ziyan vurub.
Bundan başqa, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.
Bəs belə təhlükəlı yollarda əlavə tədbirlər görmək mümkündürmü? Aidiyyəti qurumdan məsələyə münasibət bildirilib.
O da qeyd edilib ki, tədbirlər nəticəsində yolboyu təhlükəsiz və fasiləsiz hərəkət bərpa olunub.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












