Təhlükəsizlik qaydalarını pozan kiçikhəcmli gəmi istifadəçiləri cərimələniblər - FOTO

Xəzər dənizinin sahilboyu ərazilərində 59 asma mühərrikli qayıq saxlanılaraq yoxlanılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilir.
Qeyd olunur ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bakı şəhəri, Səbail rayonunun Bibiheybət qəsəbəsi, Qaradağ rayonunun Sahil qəsəbəsi, Neftçala rayonunun Şirvanlı, Sahiloba kəndləri və Siyəzən rayonunun Zarat, Balaca Həmyə kəndlərində Xəzər dənizinin sahilboyu ərazilərində nəzarət tədbirləri keçirib.
Saxlanılan 59 asma mühərrikli qayığın texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.
Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini (sürücülük hüququ olmadan kiçikhəcmli gəmilərin istismarı, xilasetmə və digər təchizat avadanlıqları olmadan qayıqlardan istifadə, bort nömrəsinin olmaması) pozan 17 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.
Eyni zamanda, gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi izah olunaraq, onlarla maarifləndirici söhbətlər də aparılıb.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO













