Tələbənin xəbəri olmadan 127 min manat vergi borcu yaranıb - VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi Ümid Rüstəmov iş axtararkən işə düşüb. Tələbə işə düzəlmək məqsədilə şəxsi məlumatlarını başqa bir şəxsə ötürüb. Sonra məlum olub ki, onun adına şirkət açılıb və müəssisənin 127 min manat vergi borcu var.
Avtosfer.azx bildirir ki, Ümid Rüstəmov deyir ki, bir müddət əvvəl iş axtararkən elan qruplarından birinə daxil olub və iş üçün elan sahiblərindən biri ilə əlaqə saxlayıb. Elə olanlar da bundan sonra baş verib.
İşə düzəlmək üçün şəxsi məlumatlarını qarşı tərəfə verən Ümid Rüstəmovun sözlərinə görə, ona məxsus ASAN imza və şəxsiyyət vəsiqəsi ilə şirkət açılıb. Hazırda şirkətin külli miqdarda vergi borcu yaranıb. Bu səbəbdən onun ölkədən çıxışına da qadağa qoyulub.
Ümid Rüstəmov deyir ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına həm elektron, həm də yazılı şəkildə müraciət edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Milli.Az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












