Təlimçilərin özləri yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar” – Ekspertdən SƏRT TƏNQİD

“Ölkəmizdə sürücülük kursları ilə bağlı hazırda vəziyyət o qədər də yaxşı deyil. Çünki bu gün sürücülük kursları sadəcə ilkin təlimlər verir. O kursların da böyük əksəriyyətinin bir papkası, bir də özü var. Heç bəzən papkası da olmur. İnternet və sosial şəbəkələrdə paylaşım edilir ki, təlim keçirəm və beləcə müştəri cəlb edirlər”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı səsləndirib
Onun sözlərinə görə, bu cür kurslar əsasən xanımları yanlış təlimlərə cəlb edirlər:
“Təlimçilər adətən, sürücü olmaq istəyən xanımlara təlim keçirlər. Biz onların keçdiyi təlimlərə baxıb dəhşətə gəlirik. Çünki yol hərəkəti qaydalarını çox kobud şəkildə pozurlar. Dəfələrlə deyilməsinə baxmayaraq, mobil telefonunu əlindən yerə qoymur, çəkiliş, canlı yayım aparırlar. Yol hərəkəti haqqında qanun təlimçinin sükan arxasında olarkən mobil telefondan istifadə etməsini qadağan edir.
Bununla bağlı konstitusiyada da izah verilir. Onlar bunu dərk etmir, qavramırlar. Yaxud da bununla razılaşmaq istəmədiyindən müəyyən problemlər yaradırlar. Keçirilən təlimlərdən sonra vəziyyət isə ürəkaçan deyil”.
Elməddin Muradlı bildirir ki, təlimçilərin sertifikatlaşdırmaması və bu mövzuda qanunların düzgün icra olunmaması hazırki problemlərin əsas səbəbdir:
“Bununla bağlı “Yol hərəkəti təhlükəsizliyinə dair” Dövlət Proqramında müddəa vardı ki, təlimçilərin özləri təlimlərə cəlb olunsun, sertifikatlaşdırılsın. Ancaq bu hələdə reallaşmayıb. Bu gün iş tapa bilməyən, əlində maşın olan istənilən insan təlimçi olur. Bu isə çox absurd yanaşmadır”.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












