Temperatur 5-9 dərəcə aşağı düşəcək - XƏBƏRDARLIQ

Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında
Aprelin 30-u axşamdan mayın 2-səhərədək şimal-qərb küləyinin 15-20 m/s arabir 23-25 m/s, 1-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında
Aprelin 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq mayın 4-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan-xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, mayın 1-də bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












