"Təmraz Tağıyev məni təhdid edir" - Sabiq deputat

Milli Məclisin sabiq deputatı Etibar Əliyev Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyevin onu təhdid etdiyini bildirib.
Avtosfer.az xəbər verir ki, bu barədə Etibar Əliyev "Facebook" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bəzi akademikləri tənqid etdiyimə görə məni hədələyir, söyüş söyür, təhqir edir, şəxsimi təhdid edərək, zona-region mənsubiyyətinə görə bu tənqidi doğru saymır. Rəhmətlik atam haqqında nalayiq ifadələr işlədir. Görün akademiklər kimin ümidinə qalıb?!
Vaxtilə təkər yamamaqla məşğul olan bir məxluqun indi özünü siyasətə və YAP-a yamamağı ayıbdır. O uydurur ki, guya vaxtilə yaş senzi ilə bağlı Heydər Əliyevi müdafiə edib, amma indi yüz hoqqadan çıxır. Əslində həmin aksiyada o iştirak etməyib.
Tutduğu vəzifədən sui-istifadə istifadə etməklə milyonlar qazanıb. Bunların əmlakı müsadirə olunub, Qarabağımızın dirçəlməsinə yönləndirilməlidir. Saxta regionçuluq ifşa olunmalıdır. Nərimonov Bələdiyyəsinin sədri kimi bu institutu ən çox gözdən salan belə məxluqlardır. Ayıb olsun!", - deyə sabiq deputat qeyd edib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












