Təyyarə dayanan kimi niyə dərhal ayağa qalxmaq olmaz? - Pilot danışdı

Təyyarələr eniş zolağına yaxınlaşarkən elan verilir. “Xahiş olunur, ayağa qalxmayın. Çıxış icazəsi verilənə qədər oturmağınız rica olunur”.
Pilot blogger Aleksey Koçemasov təyyarə dayandıqdan sonra baş verə biləcək riskli hallar barədə danışıb.
“Təyyarə dayansa da, bu onun yenidən hərəkət etməyəcəyi anlamına gəlmir. 10 enişdən ən azı 3-də təyyarənin yerini dəyişmək, hərəkət etdirmək lazım gəlir. Çox zaman təyyarəni xüsusi zəncirlərlə bağlayıb, qoşquyla dartıb öz dayanacağına aparmaq lazım gəlir, gözlənilməz təkanlar, vəziyyətlər yarana bilər. Ona görə təyyarə dayanan kimi dərhal yükünüzü götürüb qapıya doğru tələsməyin. Mənim şəxsi təcrübəmdə olub, təyyarəni dartan avtomobilin sürücüsü əyləclə qaz pedalının yerini səhv salıb, təyyarə onu dartan avtomobillə toqquşmuşdu.
Belə olanda təyyarədə ayaq üstə olan sərnişinlər yıxıla və yaralana bilər”,- 38 il iş təcrübəsi olan pilot qeyd edib.
Qeyd edək ki, Aleksey Koçemasov sosial şəbəkələrdə çox aktivdir və 67 min izləyicisi var. Onun bloqunu izləyənlər təyyarə və uçuşlar barədə çox şey öyrənə, dünyanı virtual səyahətə çıxa bilirlər. (lent.az)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











